Kiyevin mərkəzində partlayış: bank binasına qumbara atdılar

Ukrayna paytaxtının mərkəzində Voznesenski küçəsində güclü partlayış baş verib.

 

APA TV-nin "Liqa.net"ə istinadən məlumatına görə, naməlum şəxs həmin küçədə yerləşən "Ukrinbank"ın binasına atəş açıb.

 

"Partlayış şəhərin mərkəzində baş verib. Naməlum kişi "Tavriya" markalı avtomobildən düşərək qumbaraatandan bankın binasına atəş açıb". Bu açıqlamanı Kiyev Milis İdarəsindən veriblər. Partlayışdan yaxınlıqdakı binalar xəsarət almasalar da, səsi paytaxtın bir çox yerlərində eşidilib. Araşdırmalara başlanıb, hadisəni törədən şəxsin axtarışlarına start verilib.

Müəllif | Apa.Tv
Apa.tv