Havanın temperaturu 38 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv