ABŞ səfirini öldürmək istəyən şəxs yaxalandı

Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ-ın ölkədəki səfirini öldürmək istəyən şəxsi yaxalayıblar.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 33 yaşlı kişi bu niyyətini hətta Ağ Evin rəsmi saytına və diplomatın Seuldakı ünvanına da göndərib.

 

Səfirlikdən bu barədə paytaxt polisinə dərhal xəbərdarlıq edilib. Amma saxlanılan şəxs belə bir fikrinin olduğunu boynuna almır.


Xatırladaq ki, amerikalı səfir Mark Lippertə bu ilin martında Seulun mərkəzində bıçaqla hücum edib onun üzünə xəsarət yetiriblər. Yaralı diplomat xəstəxanaya çatdırılıb, onun sifətinə 80 tikiş qoyulub. Hadisədən sonra səfiri yaralayan şəxs - 56 yaşlı Kim Qi Çjon həbs edilib.

Müəllif | Apa.Tv
Apa.tv