Rauf Arifoğlu: "Müxalifətin müqavimət əmsalı sıfırın altındadır"
Milli Şura daxilində ziddiyyətlər davam edir. Qarşılıqlı ittihamlar bu ziddiyyətyləri daha da dərinləşdirir.
Hazırda Milli Şurada narazılığn mövcud olduğunu deyən “EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirir ki, buna səbəb Şurada təmsil olunan partiyalar arasında səmimi münasibətin olmamasıdır.
Milli Şura daxilində narazılıq yaradan məqamlar barədə danışan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə isə Milli Şura layihəsi çox ciddi yanlışlıqlarla müşahidə olunub. Bu isə Azərbaycan müxalifətinin müqavimət əmsalını sıfırın altına salıb. Rauf Arifoğlu bu prosesin başında "El" hərəkatının dayandığını deyir.
"Milli Şura daxilinə gərginliyin yüksəlməsi gözlənilən idi. Çünki, Şuranın yaranması siyasi müstəvidə partiyaların fəaliyyət istiqamətini daraltdı". Bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov APA TV-yə açıqlamasında bildirdi. O deyir ki, quruma daxil olan siyasi partiyalar addımlarını atarkən ilk növbədə Milli Şuranın qərarları əsasında hərəkət etməli olub. Bu isə müxtəlif ideoloji prinsiplərlə “silahlanan” partiyalar üçün bəzi əngəllər törədib. Aydın Hüseynov hesab edir ki, proses müxalifət daxili inteqrasiya üçün yaxşı heç nə vəd etmir.
YAP rəsmisi Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun Azərbaycan vətəndaşları arasında dayağının olmadığını vurğulayıb.