Xaçmazda kənd yolunda ağır qəza: sürücü öldü
Bu gün səhər saatlarında Xaçmazın Qımılqışlaq-Mollaburhan kənd yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayon Qımılqışlaq kənd sakini 28 yaşlı Vüsal Səfərovun idarə etdiyi 27 BA 251 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.