Baş prokuror İmişlidə vətəndaşları qəbul etdi

İyulun 24-də baş prokuror Zakir Qaralov İmişli Rayon Prokurorluğunun inzibati binasında İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzulivə Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qurumun  məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı bölgədə yaşayan 23 vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin ölkə prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Apa.tv