Barak Obama Afrikada nənəsi ilə görüşdü

ABŞ prezidenti Barak Obama Keniyaya ikigünlük səfər edib. APA TV-nin “TASS”a istinadən verdiyi xəbərə görə, amerikalı lider axşam saatlarında Nayrobidə qaldığı otelin restoranında  şam yeməyi zamanı yaxın qohumları ilə görüşüb.  Obama böyük masa arxasında ögey bacısı Auma və nənəsi Sara ilə birgə əyləşib. 

 

Obamanın nənəsi bundan əvvəl bir neçə dəfə onu Keniyaya dəvət edib və prezidentin ölkənin qərbindəki Koqelo kəndində dəfn olunan atasının qəbrini ziyarət etməyə çağırıb. ABŞ pezidentinin isə atasının qəbrini ziyarət etməyəcəyi bildirilir. Məlumata görə, Sara Barak Obamanın babasının üçüncü həyat yoldaşı olmasına baxmayaraq,  prezident ona “nənə” deyərək müraciət edir.  

Müəllif | Apa.Tv
Apa.tv