Polisin şübhələndiyi Qusar sakinindən silah çıxdı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qusar rayon sakini Xıdırnəbi İsmayılovu saxlayıb. Əməliyyat məlumatında onda odlu silah olduğu bildirilib. Baş İdarə və Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan şəxs saxlanılıb və fakt öz təsdiqini tapıb.
Saxlanılan şəxsin üzərindən sandıqçasında 4 ədəd patron olan “FEG-37M” markalı tapança və 3 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.