Türkiyə İŞİD-i yenidən bombaladı

Türkiyə Hərbi Hava Qüvvələri Suriya ərazisini yenidən bombalayıb. APA TV-nin " Reuters"ə istinadən verdiyi məlumata görə, "F-16"lar İncirlik aviabazasından havalanıblar. Bu hərbi bazanı Türkiyə İŞİD-i vurmaq üçün ABŞ qırıcıları üçün də açıq elan edib. "Belə qərara gəldik ki, İncirlikdən terrorçulara qarşı mübarizə aparan koalisiya qüvvələri istifadə etməlidirlər. Bu bazadan pilotsuz təyyarələr də qalxa bilər". Bu açıqlama Türkiyənin Xarici İşlər Nazirliyindən verilib. Ankara Suriya sərhədində əlavə hərbçi kontingenti də toplamağa başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv