Bakıda 13 yaşlı oğlan dənizdə batdı
Bakıda 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı çimərliyində qeydə alınıb.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Kənan Eyvaz oğlu Əsgərov dənizdə çimərkən boğulub.
Kənan Əsgərovun meyiti sudan çıxarılıb.