İldırım bir ailənin 7 üzvünü öldürdü

Meksikada ildırım bir ailənin 7 üzvünü öldürüb.

 

APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, fakt Quanaxuato ştatında qeydə alınıb. Hadisə zamanı ailə üzvləri əkin sahəsində olublar.

 

Bildirilir ki, onlar dəhşətli göy gurultusu zamanı ağacın altında gizləniblər. İldırım da məhz ağacı vurub. Ölənlərin adı açıqlanmır. Onlardan üçü qadın, 4 isə azyaşlıdır. Yaxınlıqdakı iki nəfər isə xəsarət alıb. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv