Akademik Tofiq Hacıyev istefa verdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi Aynel Məşədiyeva APA-ya bildirib ki, Tofiq Hacıyevin istefa ərizəsi dünən Akademiyanın prezidenti Akif Əlizadə tərəfindən qəbul olunub.
Onun sözlərinə görə, Tofiq Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.
Aynel Məşədiyeva onu da əlavə edib ki, istefaya səbəb Tofiq Hacıyevlə keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva arasındakı qarşıdurma olub.
Qeyd edək ki, Tofiq Hacıyevin istefası haqda xəbəri ilk olaraq aznews.az saytı yayıb.