Balakən sakini şəlalədən yıxıl;b öldü
Balakən sakini şəlalədən yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Zaqatala Dövlət Təbiəti qoruğunun Balakən rayonunun ərazisində yerləşən Katex şəlaləsində baş verib.
Balakən rayonu, Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Ruslan Müsənnif oğlu Novruzov şəlalənin 80 metr hündürlüyündən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.