PKK 15 fəhləni qaçırdı

PKK terrorçuları Türkiyənin Şırnak vilayətində 15 fəhləni qaçırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Silopinin Görümlü və Çalışqan diyarları arasındakı Cudi dağında olan "Silopi Elektrik A.Ş." şirkətinə aid istilik stansiyasında kömür çıxaran özəl şirkətin tikinti meydançasına PKK terrorçuları basqın edib.

 

Terrorçular tikinti meydançasında olan 6 ədəd texnikanı yandırdıqdan sonra 15 fəhləni özləri ilə aparıb. Hadisədən xəbər tutulduqdan sonra ərazidə geniş miqyaslı əməliyyat başlanıb.

 

Xatırladaq ki, 4 gün öncə də PKK terrorçuları həmin şirkətə basqın edərək, texnikanı yandırıb, 2 fəhləni oğurlamışdı. Fəhlələr bir müddət sonra azad olunmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv