Gəncədə qonşular bıçaqlaşdı: ata və oğul xəstəxanalıq oldu

Gəncədə qonşular arasında davada ata və oğul bıçaqlanıb.

 

APA-TV-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin 38-ci şəhərciyi adlanan ərazisində qeydə alınıb.

 

Şəhərcikdə yaşayan 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında yaranan mübahisə zamanı Rəhman və onun oğlu Elnur Ramili döyərək müxtəlif bədən xəsarətləri yetiriblər. Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb.

 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, dalaşan şəxslər sərxoş olublar.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv