Yağış yağacaq

Sentyabrın 10-dan 13-dək respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Vəfa Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə enəcək. Bakıda və Abşeron yarmadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir: "Güclü şimal qərb küləyi sentyabrin 10-da axşam mülayimləşəcək. Temperatur gecə və gündüz 19-24 dərəcə isti təşkil edəcək".


Azərbaycanın rayonlarında da yağış yağacağı gözlənilir: "Temperatur gündüz saatlarında aran rayonlarında 24-29 dərəcə isti dağlıq rayonlarada isə 15-20 dərəcə isti təşkil edəcək".


Bundan başqa bu hava şəraiti meteohəssas insanlara da təsir edəcək: "Sentyabrın 10-da Abşeron yarmadasında güclü xəzri küləyinin əsməsi və eyni zamanda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sonrakı iki gün ərzində metroloji amillərin zəif və mülayim tərədüdü gözlənilir".

Çalışın, hava dəyişkənliyi səhhətinizə mənfi təsir etməsin.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova