Xaçmazda minik maşını aşdı

Bu gün səhər saatlarında Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, Xaçmaz şəhər sakini Murad Əzizbəy oğlu İsgəndərovun idarə etdiyi 99 ET 792 dövlət nömrə nişanlı “KİA Cerato” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Avtomobilə isə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv