Ucarda 30 sürücü cəzalandırıldı
Ucar rayonunda yol polisi qaydaları pozan sürücülərə qarşı reyd keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı yol polisi əməkdaşları tərəfindən 60-a yaxın sürücü saxlanılaraq yoxlanılıb, onlardan 30 sürücü barəsində inzibatı qaydada protokol tərtib edilib.
Reyd zamanı sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi, sənədləri qaydasında olmayan, polisin qanuni tələbinə tabe olmayan, pərdə və plyonkalardan qanunsuz olaraq istifadə edən sürücülər cəzalandırılıb.
Reyd zamanı sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomobil idarə edən, eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılaraq barələrində inzibati protokol tərtib olunub.
Reyd bir sıra maraqlı məqamlarla yadda qalıb. Hətta yük avtomobilinə pərdə vuran sürücüyə də rast gəlinib. Ümumilikdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 30-dan çox sürücü saxlanılaraq barələrində protokollar tərtib olunub.
Yol polisindən verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu cür reydlər davamlı olaraq keçiriləcək.