Somalidə mehmanxana partladıldı: 15 ölü

Somali paytaxtında mehmanxana partladılıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, hadisə Moqadişodakı "Cəzirə" mehmanxanasının qarşısında baş verib.

 

Minalanmış avtomobilin partladılması nəticəsində ən azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti "əş-Şəbab" qruplaşması üzərinə götürüb. Terrorçuların yaydığı açıqlamada bildirilir ki, bu aksiya Somali hərbçilərinin və Afrika İttifaqı ölkələrinin ölkənin cənubunda "əş-Şəbab" qruplaşmasına qarşı keçirdiyi əməliyyatlara cavabdır.

 

Qeyd edək ki, "Cəzirə" yüksək rütbəli Somali hərbçilərinin, əcnəbi diplomatların və jurnalistlərin tez-tez qaldığı mehmanxanadır.

Müəllif | Apa.Tv
Apa.tv