Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş bir qızı övladlığa götürüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş bir qızı övladlığa götürüb.
APA TV-nin xəbərinə görə, bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.
Onun sözlərinə görə, Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb: "Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".