Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv