Bakıda psixoloqun evindən 170 min dollar oğurlandı

Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

 

APA TV-nin report.az-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda baş verib.

 

Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur və Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.

Müəllif | Apa.Tv
Apa.tv