Yəməndə atəşkəs baş tutmadı

Yəməndə elan edilən 5 günlük "humanitar atəşkəs"ə yenə əməl olunmur.

 

APA TV-nin məlumatına görə, "ərəb koalisiyası" husi üsyançılarının mövqelərini yenidən bombalayıb.

 

Şiə üsyançılarının lideri Abdul Malik əl-Husi mübarizələrindən geri durmayacaqlarını açıqlayıb. Bu arada üsyançılar möhkəmləndiyi məntəqələrdən Ədənə yaxınlaşan devrilmiş prezidentin tərəfdarlarına qarşı əməliyyat keçiriblər.


Şiə üsyançıların müasir silahlardan istifadə etdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv