Sürücünün ürəyi dayandı, maşın kanala aşdı

Ucar rayonunun Bərgüşad-Qaracallı kənd yolunda baş verən yol qəzasında bir nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. 66 yaşlı  Ağababa Musayev idarə etdiyi “VAZ-2106” nömrəli maşınla şəhər istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yolun kənarındakı su kanalına düşüb. Sürücü  elə hadisə yerində ölüb, maşında olan sərnişinlər - Qaracallı kənd sakinləri, 63 yaşlı Sədulla Məmmədov, onun həyat yoldaşı  60 yaşlı Fəzilə Məmmədova və qızı 31 yaşlı Gülnarə  Mikayılova  müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APOA TV-yə bildiriblər ki, ürək xəstəsi olan sürücü hadisə vaxtı qəzadan deyil, ürəktutmadan keçinib və maşın da kanala düşüb.

 

Hazırda faktla bağlı Ucar Rayon Polis Şöbəsində C.M 263. 2 maddəsi üzrə cinayət işi açılaraq istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov