Obama Efiopiyada

ABŞ prezidenti Afrika turnesi çərçivəsində Efiopiyaya səfər edib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Əddis-Əbəbə şəhərində Barak Obamanı ölkənin baş naziri Haylemariam Desalen qarşılayıb.

 

Daha sonra iki ölkə prezidentlərinin görüşü olub. Əsas müzakirə mövzusu terrora qarşı birgə mübarizə və Efiopiyanın bölgədə Vaşinqtona dəstək verməsi məsələsi olub.

 

Ağ Ev rəhbəri ölkə paytaxtındakı ABŞ səfirliyinin diplomatları ilə də görüşüb. Obamanı adi sakinlər evlərində qonaq etmək istəyiblər. Bununla bağlı küçələrdə rəngarəng tədbirlər keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv