Gəncədə maşın 21 yaşlı piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə iyulun 26-da Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Yusibov yüksək sürətlə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Vasif Fərəcovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv