“Türyançay” Dövlət Təbiət Qoruğunda yanğın: taxıl sahəsi külə döndü
“Türyançay” Dövlət Təbiət Qoruğunun Qəbələ rayonu ərazisində, dağlıq sahədə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, biçilmiş taxıl sahəsində baş verən yanğın getdikcə böyük ərazini əhatə edib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin, FHN-in Şimal-Qərb Regional Mərkəzinin, Qəbələ Meşələrin Mühafizəsi Mərkəzinin əməkdaşları cəlb olunub. Dünən axşamdan başlanan yanğın bu gün günorta saatlarınadək davam edib. Dağlıq və kol-koslu ərazidə baş verən yanğının vaxtında söndürülməsi yanğınsöndürənlərin işinə xeyli mane olsa da alovun qarşısı çətinliklə də olsa, alınıb. Hadisə zamanı qoruğun 503 hektar sahəsində kol-kos, ağaclar və biçilmiş taxıl sahəsi yanıb.
Yanğınsöndürənlər ümumi ərazisi 1500 hektar olan “Türyançay” Dövlət Təbiət Qoruğunun qalın meşə ərazisini alovdan mühafizə ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.