Zahid Orucun namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Məzahir Pənahovun sədrliyi keçirilən iclasda öz təşəbbüsü ilə prezidentliyinə namizədliyini irəli sürən Zahid Orucun namizədliyi və onun səlahiyyətli nümayəndələri qeydə alınıb. MSK-nın işçi qrupunun sədri İlham Məmmədov isə qeyd edib ki, təqdim olunmuş sənədlərin araşdırılması yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, Fuad Əliyevin, Qüdrət Həsənquliyevin, Hafiz Hacıyevin sənədlərinin yoxlanması demək olar ki, başa çatıb. Araz Əlizadənin sənədlərinin yoxlanması yekunlaşmaq üzrədir. Yaxın iki gündə sənədlərin yoxlanması başa çatacaq.

M.Pənahov imza vərəqələrinin yoxlanılması prosesindən danışıb.

 

MSK sədri daha sonra vurğulayıb ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidəçilik üçün 1886, konkret dairələr üzrə müşahidəçilik üçün isə 5704 müraciət daxil olub və onların hamısı müsbət cavablandırılıb.

İndiyədək 22 nəfərin namizədliyi təsdiqlənib, İlham Əliyev, İqbal Ağazadə və Zahid Orucun isə prezidentliyə namizədliyi qeydə alınıb.

 

Müəllif | Apa.Tv