İŞİD-in azərbaycanlı İstanbul əmiri barəsində həbs qərarı çıxarıldı

Türkiyədə keçirilən terrora qarşı geniş miqyaslı əməliyyatlarda tutulan azərbaycanlı barəsində həbs-qətimkan tədbiri seçilib.

 

APA TV-nin Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul Çağlayan Məhkəməsi İŞİD-in İstanbul əmiri Abdulla Abdullayevin həbsinə qərar verib.

 

Dünən məhkəməyə çıxarılan 15 şübhəlidən 3-nün İŞİD-in, 2-nin PKK üzvü olduğu sübuta yetirilib. PKK üzvü olduqları iddia edilən daha 6 şəxs məhkəmə zalından azadlığa buraxılıblar.

 

Keçən həftə isə daha 7 nəfər həbs edilib. Onlardan biri İŞİD-in Türkiyədəki ən təhlükəli nümayəndələrindən olan "Əbu Hanza" ləqəbli Halis Bayuncukdur. Onunla bərabər daha 3 İŞİD üzvü barəsində həbs-qətimkan tədbiri çıxarılıb. Həbs olunan digər üç nəfər isə PKK üzvüdür.

Müəllif | Apa.Tv
Apa.tv