İmişlidə avtomobil yandı
İmişlidə "VAZ" markalı avtomobil yanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün saat 20.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini Surxay Şahbaz oğlu Həsənova məxsus "VAZ-21011" markalı minik maşınında qəflətən alov başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Alov lokallaşdırılıb. Yanğının digər ərazi və avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobillə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.