Göyün 7-ci qatında təhlükəli anlar: pilot təyyarənin sükanını pornoulduza verdi - REAL GÖRÜNTÜ
"Kuwait Airways" aviaşirkətinin pilotunun hərəkəti böyük qalmaqala səbəb olub.
APA TV-nin "Daily Mail"ə istinadən məlumatına görə, təyyarə havada olarkən pilot göyərtədə olan məşhur pornoulduz və Playboy modelini, "X Factor" şousunun iştirakçısı olan "Mafiya" ləqəbli Xloya Xanı rəfiqəsi ilə birlikdə kabinəyə dəvət edib.
Xloya Xanın sözlərinə görə, pilot ona uçuş zamanı dizləri üstə oturmağı və sinəsini göstərməyi xahiş edib. Qadınlar bildirir ki, həmin şəxs evli olduğunu, lakin buna baxmayaraq, hər zaman qadınlarla yaxşı münasibətdə olduğunu deyib. Pilot işlədiyi şirkətdə bütün stüardessalarla intim əlaqələri barədə danışıb. Xloya Xan baş verənləri telefona çəkib və bunu İnstaqram hesabında yerləşdirib.
Model bildirib ki, pilot onları şampan şərabına və siqaretə qonaq edib. O, təyyarəni hərəkətə gətirən düyməyə də toxunduğunu və hətta sükan arxasına keçdiyini də iddia edir. Xloya deyib ki, o, əvvəlcə qorxub. Lakin pilot onu arxayın edib ki, təyyarə onsuz da avtomat rejimdədir.
İkinci pilot isə bu zaman kabinədə olmayıb. Qalmaqaa imza atan pilotun adı açıqlanmır. "Kuwait Airways"in rəhbərliyi araşdırmalara başlayıb.