Erməni kriminal avtoritet öldürüldü

Məşhur erməni kriminal avtoritet Sarqis Akopyan öldürülüb. APA TV-nin məlumatına görə, hadisə  Gürcüstanın Axalkalaki rayonunun Xando kəndində qeydə alınıb.

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyərək, fakt üzrə cinayət işi qaldırıldığı barədə də məlumat verib.

 

Xando kəndi yaxınlığında yolda meşədə pusqu quran şəxslər kriminal avtoritetin maşınını Kalaşnikov avtomatından atəşə tutub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Cəsədi aşkar edən yerli sakinlərdən biri "112" xidmətinə zəng vurub.

 

Yerli sakinlərin sözlərinə görə, Sarqis ailəsi ilə Axalkalakiyə tez-tez gəlirmiş. Bəzən o, öz valideynlərini Moskvaya yanına aparırmış. Bu dəfə Sarqis öz ailəsi ilə Xandoya təxminən on gün əvvəl gəlibmiş.

 

Müəllif | Apa.Tv
Apa.tv