Xaçmazda ana və qızı dənizdə batdı

Xəzər dənizinin Xaçmaz rayonu sahilində iki nəfər dənizdə batıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb.

 

Qusar rayon sakinləri, 1963-cü il təvəllüdlü Osmanova Faizə Nurəddin qızı və onun qızı Osmanova Olya Nəriman qızı dənizdə boğularaq ölüb.

 

Hər iki şəxsin meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

 

Siyəzən rayon sakini də dənizdə batıb. 1973-cü il təvəllüdlü Siyəzən rayon sakini Məmmədov Malik Sədrəddin oğlu dənizdə boğularaq ölüb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv