Ağdamda Ermənistanın daha bir pilotsuz uçan aparatı məhv edildi
Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.
APA TV-nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin bir neçə pilotsuz uçan aparatını məhv etmişdi.