ABŞ İsrail casusunu 30 ildən sonra azadlığa buraxır

ABŞ hakimiyyəti İsrail xeyrinə casusluq edən Hərbi Dəniz Kəşfiyyatının keçmiş zabitini əfv edib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Conatan Pollard ömrünün 30 ilini həbsxanada keçirib. 60 yaşlı şəxs noyabrda azadlığa buraxılacaq.

 

Pollarda İsrail vətəndaşlığı verilib. Bu vaxta qədər Təl-Əviv Vaşinqtondan onun azad edilməsi ilə bağlı dəfələrlə xahiş edib. ABŞ bu təklifləri geri çevirib.

Müəllif | Apa.Tv
Apa.tv