Biləsuvar sakini Lənkəranda dənizdə batıb

Biləsuvar sakini dənizdə batıb.


APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dənizin Lənkəran rayonunun Sütəmurdov kəndi sahilində qeydə alınıb.

 

Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev dənizdə çimərkən batıb. Onun meyiti yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv