Türkiyədə neft kəməri partladıldı
Türkiyədə neft boru xətti partladılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şırnak bölgəsinin Silopi şəhəri yaxınlığından keçən Kərkük-Yumurtalıq boru xətti sıradan çıxarılıb.
Neft ərazidəki tarlalara axıb. Hadisəni törədən şəxslər aradan çıxıblar. Türkiyə jandarma qüvvələrinin səyi nəticəsində neftin əraziyə axmasının qarşısı alınıb və nəqli dayandırılıb. Bölgədə geniş anti-terror əməliyyatlarına başlanıb.
Türkiyənin enerji naziri Taner Yıldız bildirib ki, hadisənin böyük ehtimalla PKK tərəfindən törədildiyi güman olunur.