Sabirabadda ər arvadını, sonra özünü güllələdi

Sabirabad sakini sərxoş vəziyyətdə arvadını və özünü güllələyib.


Sabirabad rayon prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna  verilən məlumata görə, hadisə iyulun 28-də gecə saat 23.00 radələrində Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1969-cu il təvəllüdlü Azad Canı oğlu Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində “İj” markalı ov tüfəngindən açdığı atəşlə həyat yoldaşı, 1983-cü il təvəllüdlü Alışova Sədaqət Valeh qızını ağır yaralayıb.

 

Sonra o, tüfəngdən atəş açaraq özünü ağır yaralayıb. Yaralılar əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, sonra isə vəziyyətləri ağır olduğundan 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıblar.

 

Hadisə yerindən 1 ədəd “İj” markalı ov tüfəngi maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi istintaq tərəfindən araşdırılır.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv