Şəkidə qonşuların torpaq davası: bir nəfər xəstəxanalıq oldu
Şəkidə qonşular arasında torpaq üstündə dava düşüb, bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini, 57 yaşlı İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İslam İsayevə qapalı kəllə-beyin travması və sifətin əziyi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA TV-yə verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kəndində İslam İsayevlə qonşuları arasında torpaq üstündə münaqişə yaranıb.
Münaqişə zəminində İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən yaranan münaqişə zəminində isə qonşuları İslam İsayevi döyərək, ona ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.