Xaçmazda iki maşın toqquşdu: 4 yaralı

Xaçmaz rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

 

APA TV-nin şimal bürosu xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 39-cu kilometrliyində qeydə alınıb.

 

Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 31 yaşlı Mahir Zeynalovun idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Xaçmaz rayonun Nağıoba kənd sakini 32 yaşlı Pərviz Əlifxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub.

 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və “Chevrolet Aveo” markalı avtomobildə olan sərnişinlər - Xaçmaz rayon sakini, 32 yaşlı Ceyhun Teyyubov və Bakı şəhər sakini, 24 yaşlı Aytən Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan