PKK Türkiyədə daha bir polis əməkdaşını qətlə yetirdi

Türkiyənin Diyarbəkir vilayətinin Çinar qəsəbəsində PKK terror təşkilatının üzvləri polis əməkdaşına hücum ediblər.

 

APA TV-nin "Anadolu" agentliyinə istinadən məlumatına görə, qəsəbədəki çayxanalardan birinin qarşısında oturan polis əməkdaşı Mehmet Uyara PKK-çılara məxsus avtomobildən iriçaplı silahlarla atəş açılıb. Hadisə nəticəsində Mehmet Uyar, eləcədə də çayxanadakı iki nəfər yaralanıb.

 

Ağır güllə yaraları alan hər üç şəxs qəsəbədəki dövlət xəstəxanasında ilkin tibbi yardımdan sonra Diyarbəkir şəhərindəki xəstəxanaya aparılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, polis əməkdaşı Mehmet Uyar və mülki şəxs Osman Çaran Diclə Universitetinin xəstəxanasında dünyalarını dəyişiblər. PKK-çıların hücumu zamanı yaralanan digər mülki şəxs İbrahim Turanın isə vəziyyəti ağır olaraq qalır. 

Müəllif | Apa.Tv
Apa.tv