Ağdamda maşın maneəyə çırpıldı: sürücü öldü

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib.


APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə gecə saatlarında qeydə alınıb.

 

"Opel" markalı 02 BK 982 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü Əhmədov Qabil Zabil oğlu və sərnişin ağır bədən xəsarətləri alıb.

 

Yaralılar xəstəxanaya çatdırılsa da, Qabil Əhmədovu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv