Bakıda 40, bölgələrdə 42 dərəcə isti olacaq

İyulun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv