Dənizdə boğulan iki bacını xilas etmək istədi, özü də boğuldu

Sumqayıt şəhərində iki nəfər dənizdə batıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanı və bacısı Gülbənizi xilas etməyə cəhd göstərib.

 

Nəticədə 1997-ci il təvəllüdlü Nuranə Musayeva və 1960-cı il təvəllüdlü Qüdrət Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.

 

Hər iki ölüm faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv