"Unibank"dan 0% komissiyalı kreditlər
"Unibank"da komissiyasız kreditlər dövrü başladı! Lazım olan məbləğdə kredit götürürsən və heç bir komissiya ödəmirsən. "Unibank"ın 0% komissiyalı kreditləri müqavilədə imza etdiyi kredit məbləğini bir qəpik də komissiya ödəmədən almaq istəyənlər üçündür.
Komissiyasız kredit hansısa peşə bayramı ilə bağlı deyil. İş yerindən, peşəsindən asılı olmayaraq, vətəndaşlarımız 31 avqustadək "Unibank"a komissiyasız kredit üçün müraciət edə bilər.
"Unibank"ın şöbə müdiri Rasim Babayev deyib ki, "Unibank"da dollar kreditləri komissiyasız olub: "İndi 31 avqustadək bank filiallarına müraciət edən vətəndaşlarımız 0% komissiyalı kreditdən faydalana bilər. 10 000 dollaradək kreditlər 3 ilədək müddətə verilir".
Onun sözlərinə görə, "Kreditim manatla olsun" deyənlər də "Unibank"ın sərfəli kredit məhsullarından faydalana bilərlər: "Hazırda "Unibank"da manat kreditləri 10 000 manatadək verilir. Vətəndaşlarımız müraciət edərək 24 ayadək müddətə, 1 faiz komissiya ilə manat kreditləri rəsmiləşdirə bilərlər".
"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam saat 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.
"Unibank" - hər kəsin bankı!