Toy günü bəyin evini qarət etdilər

Toy günü bəyin evini qarət edənlər yaxalandılar. Cinayəti törədənlərin biri 16, digəri 17 yaşındadır. Sumqayıt şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ceyhun Yusifov və 1997-ci il təvəllüdlü Ceyhun Soltanov mikrarayonların birində gəlin maşınının durduğunu görüb ora yaxınlaşıblar.

 

Ceyhunlardan biri pusquda durur, digəri isə  mənzilin altını üstünə cevirir. Əlinə nə gəldi götürüb hadisə yerindən cıxır.

 

Polisdən bildirdilər ki, mənzildən 700 manat nəğd pul da götürülüb. Oğurlanan qızıl ziynət əşyaları artıq müsadirə olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

 

Müəllif | Apa.Tv