Tovuzda 29 yaşlı gənci ilan sancdı

Tovuzda növbəti ilan vurma hadisəsi qeydə alınıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Kür çayının ətrafında baş verib.

 

Rayonun Əlimərdanlı kənd sakini, 29 yaşlı Aydın İmaməliyev mal-qara otaran zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zərərçəkənə ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti ağır olan Aydın İmaməliyev Bakı şəhərinə göndərilib.

 

Qeyd edək ki, iyul ayı ərzində Tovuzda 11 nəfəri ilan sancıb ki, onlardan 3-ü ağır vəziyyətdə olub. 

Müəllif | Apa.Tv
Apa.tv