İsraildə homoseksualların paradına hücum: 6 nəfər bıçaqlandı

İsrailin paytaxtı Qüdsdə yəhudi homoseksualların paradına hücum olub.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, 2005-ci ildə keçirilmiş gey paradın iştirakçılarını bıçaqladığına görə 10 il həbsə məhkum edilən və həbsxanadan bu günlərdə buraxılan radikal mömin Yişhai Şhlissel builki parada da hücum edib.

 

O, bu dəfə 6 homoseksualı bıçaqlayıb. Məlumata görə, dərhal xəstəxanaya çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

Yişhai Şhlissel Yerusəlimdə polis tərəfindən həbs edilib. Məlumat üçün bildirək ki, o, 10 il əvvəl gey paradın üç iştirakçısını yaraladığına görə həbs edilib.

 

Yerusəlimdə hər il keçirilən homoseksual parad isə şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır. İstər yəhudi, istərsə də müsəlman və xristian çevrələrdə homoseksuallığa qarşı düşmən münasibət var.

 

Müəllif | Apa.Tv
Apa.tv