"Taliban" yeni liderinin adını açıqladı
“Taliban” hərəkatı rəsmi olaraq qruplaşmanın lideri Molla Ömərin öldüyünü təsdiqləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.
“İslam Əmirliyinin rəhbərliyi və Ömərin ailəsi Molla Ömərin xəstəlikdən keçindiyini bildiriblər”, - deyə bəyanatda bildirilib.
Əfqanıstan hökumətinin yaydığı bəyanatda “Taliban” lideri Molla Ömərin hələ 2013-cü ilin aprelində Pakistanda xəstəlikdən öldüyü bildirilib.
Talibanın Şurası Molla Ömərin köməkçisi olmuş Əhdar Məhəmməd Mənsuru qruplaşmanın yeni lideri təyin edib.