Türkiyədə Polis İdarəsinə silahlı hücum: 2 polis şəhid oldu, 2 terrorçu öldürüldü

Türkiyənin Adana vilayətində Polis İdarəsinə silahlı hücum olub. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib.

 

APA-nın xəbərinə görə, vilayətin hadisə Pozantı rayon Polis İdarəsində qeydə alınıb. PKK terrorçuları idarəyə soxulmağa cəhd ediblər və polis onların silahlı hücumuna qarşılıq verib. Atışma zamanı 2 polis şəhid olub, 2 terrorçu öldürülüb, 2-si isə hadisə yerindən qaçıb.

 

Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir. Hadisə yerinə çağırılan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv